"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın transferi üzərində işləməyə davam edir.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verir.

Turin klubu portuqaliyalıya mövsüm başına 6 milyon avro maaş və əlavə 2 milyon avro bonus olmaqla 2028-ci ilin yayına qədər müqavilə təklif etməyə hazırdır.

​Bonuslardan biri "Yuventus" növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, digəri isə futbolçunun komanda və fərdi nailiyyətlərinə görə ödəniləcək. Həmçinin müqavilədə sazişin daha 1 il uzadılması bəndi də qeyd oluna bilər.

​Turinlilərin baş məşqçisi Luçano Spalletti Bernardu 31 yaşlı hücumameyilli yarımmüdafiəçini klubun yay üçün əsas transfer hədəfi hesab edir.

Daha əvvəl "Mançester Siti" Silvanın mövsüm başa çatdıqdan sonra komandanı azad agent statusunda tərk edəcəyini təsdiqləyib. Futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 49 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest