​"Real"ın sabiq oyunçusu Toni Kroos komandanın "Barselona"ya qarşı son qarşılaşmadakı məğlubiyyəti barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, İspaniya La Liqasının XXXV turu çərçivəsində keçirilən görüşdə madridlilər "Kamp Nou"da 0:2 hesabı ilə məğlub olublar. Bu qələbə sayəsində kataloniyalılar tarixdə ilk dəfə olaraq çempionluğu məhz "El Klasiko"da rəsmiləşdiriblər. Almaniyalı veteran yarımmüdafiəçi "Real"In qələbə qazanacağını ümidinin olmadığını deyib:

​"Heç vaxt ümidim bu qədər az olmamışdı. Sadəcə oyunun bitdiyinə sevinirdim. Əvvəllər heç vaxt "Barselona"nın qalib gələcəyinə bu dərəcə əmin olmamışdım. Hətta onların daha güclü olduğu mövsümlərdə belə".

Qeyd edək ki, ​35 turdan sonra "Real" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və "Barselona"dan 14 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest