Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Nabil Bentaleb karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Beşiktaş" əlcəzairli futbolçunu heyətinə qatmaq istəyir. istanbul təmsilçisi artıq indidən yayda azad agent statusunda olacaq 31 yaşlı dayaq yarımmüdafiəçisinin nümayəndələri ilə danışıqlara başlayıb.

Təcrübəli oyunçu ilə Qətər və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, Nabil Bentaleb bu mövsüm "Lill"in heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest