"Real"ın müdafiəçisi Ferlan Mendi ayağından uğurlu əməliyyat keçirib.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada qeyd olunub:

​"Oyunçumuz Ferlan Mendi sağ ayağının düz bud əzələsinin zədələnməsina görə bu gün "Real"ın tibbi xidmətinin nəzarəti altında uğurla əməliyyat olunub. Mendi yaxın günlərdə reabilitasiyaya başlayacaq".

Eyni zamanda, insayder Fabrisio Romano qeyd edib ki, mediadakı şayiələrə baxmayaraq, 30 yaşlı futbolçu karyerasını başa vurmağı planlaşdırmır.

Qeyd edək ki, fransalı sol cinah müdafiəçisi bu mövsüm "kral klubu"nun heyətində cəmi 9 oyun keçirib. İlkin proqnozlara görə, zədədən sonra bərpa prosesi təxminən 1 il çəkə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest