"Midyullann"ın müdafiəçisi Usman Diao karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Liverpul", "Bornmut", "Kristal Pelas", "Everton" və "Fulhem" seneqallı futbolçunu transfer etmək istəyir. İngiltərə klubları yayda 21 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, Usman Diao bu mövsüm Danimarka təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest