Futbol üzrə Polşa çempionatında XXXII turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" səfərdə "Vilsa" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 77-ci dəqiqədə meydana daxil olub.

32 turdan sonra 42 xal toplayan "Motor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest