"Birlikdə irəliyə doğru addım atmalı və bundan sonra nə edəcəyimiz barədə aydın təsəvvürə malik olmalıyıq".
"Real" İspaniya La Liqasının XXXV turunda səfərdə "Barselona"ya 0:2 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloa oyundan sonra açıqlama verib. İspaniyalı mütəxəssis səhvlərdən dərs çıxarmalı olduqlarını deyib:
"Mövsüm bizim üçün faktiki olaraq bu gün başa çatdı, lakin arxayınlaşa bilmərik. Futbol dünyasında hər birimizdən daha böyük olan bir dəyəri - "Real"ın emblemini qoruyuruq. Bu uğursuzluqların bizə həqiqətən acı verdiyini göstərməliyik. Klubun gələcəyi hazırda burada təhlil etməli olduğum mövzu deyil. Birlikdə irəliyə doğru addım atmalı və bundan sonra nə edəcəyimiz barədə aydın təsəvvürə malik olmalıyıq. İtirməməli olduğumuz bir çox xalları itirməyimiz mənim üçün bir başlanğıc nöqtəsi və dərs olacaq. "Barselona"ya qarşı oynamaq, hətta onlara uduzmaq olar, lakin La Liqanın digər komandalarına yox.
Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi ilə söhbətimiz olacaq. Komandanın mövsümü güclü bitirməsini və bu son üç oyunda boşalmamasını istəyirəm. Mövsümü layiqincə yekunlaşdırmaq niyyətindəyəm. Bütün səylərimi buna yönəldəcəyəm, kifayət qədər oyun şansı qazanmayan futbolçulara şans verəcəyəm.
Bellingemin epizodunda mənə elə gəldi ki, onun üzünə dirsəklə vurulduğu aşkar idi. Lakin yenə də "Barselona"nı bu gün La Liqadakı çempionluğu münasibətilə təbrik edirəm. İndi çox danışmamalıyıq. Çünki hər kəsin məyusluğunu başa düşürük. Yalnız gələcəyə baxa və bu il etdiyimiz səhvlərdən dərs çıxara bilərik".













