Ukrayna Premyer Liqasının 27-ci turuna "Şaxtyor" səfərdə "Poltava"nı 4 cavabsız qolla darmadağın edib.

Matc.az xəbər verir ki, bu qələbədən sonra Arda Turanın komandası sona 3 tur qalmış çempionluğu təmin edib.

Bu, "Şaxtyor"un son dörd mövsümdə üçüncü, tarixində isə 16-cı dəfə Ukrayna çempionluğudur. Ölkə rekordu 17 çempionluğa sahib Kiyev "Dinamo"suna məxsusdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest