10 May 2026, 18:16
FUTBOL
"Fənərbaxça" 2026/2027 mövsümündə Türkiyə Superliqasında çempionluq qazanmaq üçün heyətini ulduz oyunçularla gücləndirmək istəyir. İstanbul klubu "Milan"ın 26 yaşlı portuqaliyalı cinah oyunçusu Rafael Leaonu yaxından izləyir.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, A Seriyası klubu 50 milyon avrodan 60 milyon avroya qədər təklifləri nəzərdən keçirməyə hazırdır. Leaonun nümayəndələri Avropanın aparıcı çempiontlarındakı klublardan konkret təkliflər gözləyirlər. Portuqaliyalı vinger "Mançester Yunayted", PSJ və "Çelsi" kimi klublara maraq göstərir.
Qeyd edək ki, Leaonun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"da onun dəyəri 65 milyon avrodur.













