Bu gün səhər saatlarında "Barselona"nın baş məşqçisi Hans-Dieter Flikin atası vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Flik özü bu kədərli xəbəri klub rəhbərliyinə çatdırıb. O, bildirib ki, "Real" ilə oyunu buraxmayacaq və komandanı həmişəki kimi ehtiyat oyunçular skamyasından idarə edəcək.

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasının 35-ci turunda bu gün "Real"ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu matçda qələbə və ya heç-heçə kataloniyalılara sona 3 tur qalmış çempionluğunu təmin edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest