10 May 2026, 14:56
FUTBOL
"Volfsburq" komandanın 2002-ci ilə qədər istifadə edilən tarixi loqosunu bərpa edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Volfsburq" hazırda 26 xalla Bundesliqanın turnir cədvəlində 16-cı yerdədir və II Bundesliqaya düşməyə yaxındır.
Komanda mayın 16-da səfərdə "Sankt-Pauli" ilə qarşılaşacaq. Hər iki komandanın 26 xalı var. Bu matçda kimin II Bundesliqaya düşəcəyi və kimin hələ də yüksək liqada qalmaq hüququ qazana biləcəyi müəyyən ediləcək.













