"Çelsi"nin sabiq müdafiəçisi Filipe Luis klubun yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, London klubu braziliyalı mütəxəssisi yayda bu vəzifəyə təyin etməyi düşünür. "Çelsi" rəhbərliyi Luisi heyətdə köklü dəyişikliklərin açarı və "Stemford Bric"də yeni oyun kimliyinin memarı kimi görür.
Filipe Luis futbolçusu olduğu klubda məşqçi kimi sürətli inkişafına və klubun daxili fəlsəfəsini dərindən başa düşməsinə görə yüksək qiymətləndirilir.
O, 2014/2015 mövsümündə "Çelsi"də oynayıb. Luis London klubunda 26 oyun keçirib, Premyer Liqa və ölkə kubokunu qazanmasına kömək edib.
Luislə danışıqlar aktivdir və o, əsas namizədlər arasındadır. Braziliyalı mütəxəssis bu ilin mart ayında "Flamenqo" tərəfindən işdən çıxarılıb və o vaxtdan bəri klubsuz qalıb.













