"Mançester Siti" "Real"ın hücumçusu Vinisius Junior üçün transfer mübarizəsinə girməyə hazırlaşır. Braziliyalı futbolçu Madrid klubu ilə yeni müqavilə barədə razılığa gələ bilmir və bu, onun yayda satılmasına səbəb ola bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Real" ötən il Vinisiusa bu yay yeni müqavilə imzalanmasa, onun satılması ilə nəticələnəcəyini bildirib. Oyunçunun Madrid klubunda qalması variantı daha çox ehtimal olunur. Buna baxmayaraq, hər iki tərəf tərəfdaşlığa son qoyulması təqdirdə, potensial alternativlər üzərində iş aparır.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 50 oyunda meydana çıxıb, 21 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 150 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest