Braziliyalı hücumçu Halk bu dəfə sərgilədiyi oyuna görə deyil, meydandan kənar baş verən hadisəyə görə diqqət mərkəzində düşüb. O, dostunun evində baş verən yanğını söndürməyə kömək edib.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Belə ki, Halk ailəsi ilə nahar edərkən həyat yoldaşına dostunun və keçmiş "Atletiko Mineyro"da komanda yoldaşı olan Alan Frankonun həyat yoldaşı zəng edib. Bildirib ki, evdə sauna alovlanıb, lakin ekvadorlu futbolçunun özü məşqdədir.
Halk dərhal Alan Frankonun evinə gedib və qonşuları ilə birlikdə yanğını söndürüb. Onlar yanğınsöndürmə briqadası gələnə qədər artıq saunadakı yanğını söndürməyə nail ola biliblər. Yanğından sonra isə Halk Frankonun evində qalıb, qalan dağıntıları və zibilləri təmizləməyə kömək edib.
Xatırladaq ki, Halk bir neçə gün əvvəl "Fluminense" klubuna keçib.













