09 May 2026, 17:28
FUTBOL
"Barselona"nın polşalı hücumçusu Robert Levandovski MLS-dən təklif alıb.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, Amerikanın "Çikaqo Fayr" klubu 37 yaşlı veteran futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Onlar hücumçuya ildə 20 milyon avro maaşla müqavilə təklif ediblər ki, bu da Levandovskinin hazırda Avropa klublarından gözlədiyindən xeyli çoxdur.
Levandovskinin "Barselona" ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. İtaliyanın "Milan" və "Yuventus" klublarının hücumçunu transfer etməkdə marağını itirdiyi də qeyd edilir.
Bu mövsüm polşalı futbolçu bütün klub səviyyəsindəki yarışlarında 42 oyunda 18 qol vurub və 4 məhsuldar ötürmə edib.













