"Real"ın Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından sonra Madrid klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə beş namizədin siyahısını tərtib etmişdi. Bunlara Yurgen Klopp, Maurisio Poçettino, Didye Deşam, Lionel Skaloni və Joze Mourinyo daxildir.
Matc.az xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda "Real" qeyd edilən siyahıdakı namizədlərin sayını ikiyə endirib. Baş məşqçi vəzifəsinə əsas namizəd Joze Mourinyodur. Dünya çempionatından sonra Fransa millisindən ayrılacaq Didye Deşam isə ikinci namizəd kimi nəzərdən keçirilir.
Qeyd edək ki, "Real" və Mourinyo arasında birbaşa danışıqlar gedir. Portuqaliyalı mütəxəssis Madrid klubuna qayıtmaq istəyidiyi bildirilir.













