"Fulhem"in baş məşqçisi Marko Silva "Benfika"da Joze Mourinyonu əvəz edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

"Benfika"nın "Real" ilə danışıqlar aparan Mourinyonu itirmə ehtimalı yüksəkdir. Marko Silva hazırkı məşqçinin yerinə keçmək üçün prioritet hesab olunur.

48 yaşlı mütəxəssisin "Fulhem"lə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. İngilis klubu Silvaya yeni müqavilə təklif edib, lakin məşqçi hələlik bunu qəbul etməyib.

Lissabon klubunun baş meneceri Mario Brankanın Silva ilə əla münasibətləri var, əvvəllər "Eştoril"də birlikdə çalışıb.

Qeyd edək ki, Silva 2021-ci ildən "Fulhem"ə rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest