Tellur Mütəllimov "Sabah"ın heyətində 100-cü oyununa çıxıb.

Misli Premyer Liqasının XXI turunda "Sabah" doğma meydanda "Kəpəz"ə minimal hesabla uduzub.

Matc.az xəbər verir ki, qarşılaşma Masazır təmsilçisinin müdafiəçisi Tellur Mütəllimov üçün əlamətdar olub.

Belə ki, 31 yaşlı futbolçu "Sabah"ın heyətində 100-cü oyununa çıxıb.

Qeyd edək ki, Tellur Mütəllimov 2022-ci ilin yayından Paytaxt klubunun formasını geyinir. Bu müddət ərzində o, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest