Xabi Alonsonun baş məşqçi vəzifəsindən kənarlaşdırılmasından sonra "Real"da bir çox oyunçusu arasında münasibətlər korlanıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Cadena Ser" paylaşıb.

Bildirilir ki, komandanın bəzi üzvləri Alonsonun tərəfini saxlasa da, digərləri onun məşqçilik metodlarına qarşı çıxıb. Alonsoya qarşı çıxan oyunçulardan biri də, yarımmüdafiəçi və kapitan Federiko Valverde olub. "Real"da komanda daxilində xaotik vəziyyətin yarandığı vurğulanır. Futbolçular Arbeloanın yerinə yeni baş məşqçi təyinatını gözləyirlər.

Xatırladaq ki, mayın 7-də yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Tçuameni arasında məşq zamanı şifahi mübahisə baş verib və bunun davamı soyunma otağında davaya çevrilib. Münaqişə nəticəsində uruqvaylı futbolçu başından kəsik yarası alıb və xəstəxanaya aparılıb. Hər iki oyunçu 500.000 avro cərimələnib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest