Lionel Messi yeni nəsil futbolçular arasında müasir dövrün ən yaxşı oyunçusu kimi hesab etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

"Yeni nəsil oyunçular arasında düşünürəm ki, Lamin Yamal karyeramın əvvəlindəki mənə ən çox oxşayır. Şübhəsiz ki, Yamal mənim üçün bu yeni nəsil arasında ən yaxşısıdır. Çünki o, artıq gələcəkdə nəyə nail olacaqğını indidən göstərib", - deyə Messi bildirib.

Lamin Yamal bu mövsüm Kataloniya klubunda 45 oyun keçirib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

İspaniyalı 18 yaşlı futbolçu hazırda zədədən sağalır. O, 2026-cı il dünya çempionatının başlanğıcına qədər tam hazır olmalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest