09 May 2026, 11:30
FUTBOL
"Real"ın sabiq baş məşqçisi Xabi Alonso 2025-ci ilin yayında Madrid klubunu idarə etmək qərarını səhv hesab etdiyini etiraf edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Cadena Ser" paylaşıb.
Bildirilir ki, ispan məşqçi doğru olmayan zamanda komandanı idarə etmək məcburiyyətində qaldığına görə təəssüflənir.
Xatırladaq ki, "Real" Alonso ilə yanvarın 12-də yolları ayırıb.
Hazırda 44 yaşlı mütəxəssis həm peşəkar, həm də şəxsi baxımdan onu qane edən bir layihə gözləyir. Alonsonun yenidən məşqçiliyə tələsmək niyyəti yoxdur. O, tezliklə İspaniyada məşqçilik etməyəcək. Alonso üçün ən çox ehtimal olunan yerlər İngiltərə və ya Almaniya hesab olunur.













