16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

Matc.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-16 növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest