"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanda aprel ayının ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
İspan məşqçinin rəhbərliyi altında "Siti" "Arsenal" üzərində 2:1 hesablı vacib qələbə qazanıb, "Çelsi"ni 3 cavabsız qolla məğlub edib və "Börnli" üzərində minimla hesablı qələbə sevinib.
Qvardiola 13-cü dəfədir ki, "Ayın məşqçisi" mükafatına layiq görülür. Premyer Liqa tarixində bu ada ən çox Aleks Ferqyuson layiq görülüb. O 27 dəfə "Ayın məşqçisi" seçilib. Arsen Venger (15 dəfə) isə bu göstəricidə ikincidir.
Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində "Arsenal"dan 5 xal geridədir, lakin ehtiyatda bir oyunu var. Qvardiolanın komandası növbəti matçını mayın 9-da "Brentford"a qarşı keçirəcək.













