08 May 2026, 17:56
FUTBOL
"Atletiko"nun yarımmüdafiəçisi Conni Kardoso məşq zamanı zədələnib.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Həkimlər amerikalı futbolçunun sağ topuğunda zədə aşkarlayıblar. 24 yaşlı dayaq yarımmüdafiəçisi bərpa kursu keçəcək. Lakin Conni Kardosonun yaşıl meydanlara qayıtma müddəti hələlik açıqlanmır.
Qeyd edək ki, Conni Kardoso bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol vurub.













