08 May 2026, 16:55
FUTBOL
"Benfika" ilə müqaviləsi mövsümün sonunda başa çatan Nikolas Otamendi ölkəsinə qayıtmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Lissabon təmsilçisi argentinalı müdafiəçini komandada saxlamağı planlaşdırmır. "River Pleyt" yayda azad agent statusunda olacaq 38 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.Argentina klubu təcrübəli mərkəz müdafiəçisinə 1,5 illik müqavilə təklif edib.
Qeyd edək ki, Nikolas Otamendi bu mövsüm "Benfika"nın heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.













