08 May 2026, 15:31
FUTBOL
"Atalanta"nın yarımmüdafiəçisi Şarl De Ketelare karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
"Bavariya" belçikalı futbolçunu transfer etmək istəyir. De Ketelare Bundesliqa nəhənginə keçməyə isti yanaşır. Münhen klubu 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Şarl De Ketelare bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 39 oyunda 5 qol vurub, 7 qol ötürməsi edib.













