Çempionlar Liqasının finalı planlaşdırılandan 3 saat tez başlayacaq.

Çempionlar Liqasının finalı planlaşdırılandan 3 saat tez başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayıb.

"PSJ" və "Arsenal" arasındakı final qarşılaşması Bakı vaxtı ilə saat 23:00 əvəzinə 20:00-da start götürəcək.

Turnir təşkilatçıları matçın təxirə salınması qərarının "logistika və təşkilati prosesləri optimallaşdırmaqla azarkeşlər, komandalar və ev sahibi şəhər üçün ümumi oyun günü təcrübəsini yaxşılaşdırmaq" məqsədi daşıdığını bildiriblər.

Xatırladaq ki, Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest