07 May 2026, 16:40
FUTBOL
"Çelsi" yay transfer pəncərəsi üçün hücum xəttində ciddi dəyişikliklər planlaşdırır.
Matc.az xəbər verir ki, "zadəganlar"ın hədəfində PSJ-nin portuqaliyalı ulduzu var. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Liam Delap artıq bu yay London təmsilçisini tərk edə bilər. Hücum potensialını artırmaq istəyən "Çelsi" rəhbərliyi boşalacaq yerə əsas namizəd kimi Paris klubunun forvardı Qonsalu Ramuşu müəyyənləşdirib.
24 yaşlı futbolçu 2024-cü ildə "Benfika"dan PSJ-yə 65 milyon avro qarşılığında transfer olunub. Oyunçunun parislilərlə 2028-ci ilin iyun ayına qədər qüvvədə olan müqaviləsi var. Ramuş bu mövsüm komandanın heyətində keçirdiyi 41 oyunda 12 qol vurub, 2 qol ötürməsi edib.



_1778172928.jpg)






_1778161538.jpg)


