07 May 2026, 13:59
FUTBOL
İcarə əsasında "Qaziantep"də çıxış edən Məhəmməd Bayo Super Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
"Beşiktaş" qanalı hücumçunu transfer etmək istəyir. İstanbul nəhəngi Bayonun müqavilə ilə məxsus olduğu "Lill"lə danışıqlara başlamağı planlaşdırır.
27 yaşlı forvardla "Ştutqart", "Frayburq", "Latsio" və "Selta" da yaxından maraqlanır.
Qeyd edək ki, "Qaziantep" Məhəmməd Bayonu mövsümün əvvəlində icarəyə götürüb. Qana millisinin üzvü Super Liqa təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 14 qol vurub, 3 qol ötürməsi edib.




_1778159848.jpg)




_1778153577.jpg)

_1778151693.jpg)

