"Əlbəttə, bu dueli hesabda cüzi fərqlə uduzduğumuz üçün kədərliyik. PSJ ilə bərabər səviyyədə oynadıq".

"Bavariya" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda PSJ ilə 1:1 hesablı heç-heçə edərək turnirlə vidalaşıb.

Matc.az xəbər verir ki, Menhen təmsilçisinin baş məşqçisi Vensan Kompani qarşılaşmadan sonra açıqlama verib. Belçikalı mütəxəssis rəqiblə bərabər səviyyədə oynadıqlarını bildirib:

"Əlbəttə, bu dueli hesabda cüzi fərqlə uduzduğumuz üçün  kədərliyik. PSJ ilə bərabər səviyyədə oynadıq. Belə oyunlarda kiçik detallar böyük əhəmiyyət kəsb edir. İlk hissə yaxşı keçdi, meydanda özümüzü daha güclü komanda kimi hiss edirdik və tez-tez təhlükəli zonalara daxil olurduq. Lakin PSJ cinahlardan edilən ötürmələrdən çox yaxşı müdafiə olundu. Onlar həmçinin əks-hücumlarda çox aktiv idilər. ​Təhlükəli vəziyyətlər yaratmağımıza baxmayaraq, rəqib qapıya doğru heç bir təhlükəli zərbə endirə bilmədik.

​Uğurun təməli hər zaman enerjidir. Komanda bunu yenidən nümayiş etdirdi. Təəssüf ki, finalda deyilik. Güclü rəqibə qarşı oynadığımız gerçəyinə hörmətlə yanaşmalıyıq. Bizim üçün Çempionlar Liqası başa çatdı. Lakin bu mövsüm özümüzü göstərmək üçün daha bir fürsət, daha bir məqam olacaq - Almaniya Kubokunun finalı. Bu, mənim üçün əla motivasiyadır.

PSJ inanılmaz keyfiyyətə malikdir. Onlar, yəqin ki, son iki il ərzində Avropanın ən yaxşı komandası olublar. Bu müddət ərzində biz Paris təmsilçisi ilə beş dəfə qarşılaşmışıq. İki qələbə qazanmışıq, iki dəfə məğlub olmuşuq və bir dəfə heç-heçə etmişik. Sizə deməliyəm ki, hər şeyi sınadıq. PSJ-ni təbrik edirəm. Lakin gələn mövsüm bir daha cəhd edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest