Braziliyada keçirilən Amerika Kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, bu gün keçirilən qarşılaşmada ilk finalçı müəyyənləşib.

Ev sahibi Braziliya ilə əzəli rəqib Argentina üz-üzə gəlib. Hər hissədə rəqib qapısından 1 cavabsız top keçirən "pentakampeonlar" 12 ildən sonra finala vəsiqə qazanıb.

Braziliyanın həlledici matçdakı rəqibi sabah keçiriləcək çili – Peru görüşündə bəlli olacaq.

 

Amerika kuboku

Yarımfinal

Braziliya – Argentina – 2:0

Qabriel Jezuş, 19; Firmino, 71

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest