"Milan" "Yuventus"un hücumçusu Duşan Vlahoviçlə müqavilə imzalamaqda maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Milan klubu hücumçunun Turindəki gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən istifadə etməyə çalışır. Vlahoviç və "Yuventus" arasında iyunun sonunda başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.

Qeyd olunur ki, hücumçu Massimiliano Alleqri ilə işləmək təcrübəsi nəzərə alınmaqla karyerasını "Milan"da yenidən başlaya bilər. Serbiyalı oyunçu 2023/24 mövsümündə Turin klubunda ən məhsuldar mövsümünü keçirib. O, "Yuventus"da Alleqrinin rəhbərliyi altında 33 matçda 16 qol vurub.

Ümumilikdə, Vlahoviç bu mövsüm "Yuventus"da bütün yarışlarda 18 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest