Fransa çempionatının 30-cu turunda "Lans" "Tuluza"nı 3:2 hesabı ilə məğlub etdiyi oyunda qapıya 42 zərbə (13-ü çərçivəyə) vurub.

Matc.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, statistika portalının məlumat toplamağa başladığı 2006/2007 mövsümündən bu yana qeydə alınan rekord göstəricisidir.

Bundan əlavə, "Lans" 4 noyabr 2007-ci ildən bəri ilk dəfə 0:2 hesabı ilə geridə qaldığı oyunda geridönüş edərək qələbə qazana bilib.

Bu qələbə ilə "Lans" (62 xal) lider PSJ (63 xal) ilə xal fərqini minimuma endirib. Bununla belə, Paris klubunun ehtiyatda iki oyunu var və qeyd etmək lazımdır ki, bunlardan biri "Lans"a qarşıdır.

Əvvəlcə oyunun aprelin 11-də keçirilməsi planlaşdırılırdı, lakin PSJ-nin Çempionlar Liqasında iştirakı səbəbindən görüş mayın 13-nə təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest