"Koventri" 25 ildən sonra ilk dəfə olaraq növbəti mövsümdən İngiltərə Premyer Liqasına oynayacaq.

Matc.az xəbər verir ki, Frenk Lempardın komandası Çempionşipin 43-cü turunda səfərdə "Blekbern Rovers"lə 1:1 hesablı heç-heçədən sonra Premyer Liqaya vəsiqəni təmin edib.

"Koventri" sonuncu dəfə İngiltərənin yüksək liqasında 2000/2001 mövsümündə oynayıb. Komanda aşağı liqaya düşmədən əvvəl ardıcıl 34 il yüksək liqada çıxış edib.

Qeyd edək ki, "Koventri" hazırda 86 xala malikdir və turnir cədvəlinə liderlik edir, üçüncü yerdəki "Millvall"dan 13 xal qabaqdadır. Mövsümün qalan hissəsində rəqib komanda maksimum 12 xal toplaya biləcəyindən, "Koventri" riyazi olaraq Premyer Liqaya birbaşa yüksəlmək üçün iki yerdən birini təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest