"İnter" baş məşqçi Kristian Kivu ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Milan təmsilçisi rumıniyalı mütəxəssisin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

45 yaşlı çalışdırıcının 2027-ci ilin yayına kimi nəzrədə tutulaan sözləşməsi daha 1 il artırılacaq.

Qeyd edək ki, Kristian Kivu mövsümün əvvəlində "İnter"in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda A Seriyasında 31 turdan sonra 72 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest