"Betis" "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatın transfer hüquqlarına yiyələnmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" məlumat yayıb.

Mərakeşli yarımmüdafiəçi üçün satınalma məbləği 12 milyon avrodur. İspaniya klubu bu məbləği aşağı salmaq istəyir. 29 yaşlı dayaq yarımmüdafiəçisi özü də La Liqa təmsilçisində qalmaq istəyir.

Qeyd edək ki, Sofian Amrabat bu mövsüm "Betis"in heyətində keçirdiyi 12 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest