"Milan" sol cinah oyunçusu Rafael Leaunun müqaviləsini uzatmaq üçün danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi komandanın liderini 2030-cu ilə qədər saxlamaq istəyir. Portuqaliyalı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

İtaliya nəhəngi artıq portuqaliyalı 26 yaşlı oyunçunun komandası ilə müqavilənin uzadılması ilə bağlı əlaqə saxlayıb. Klubla oyunçu arasında tezliklə danışıqların davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, Rafael Leau 2019-cu ilin yayından "Milan"da oynayır. O, A Seriyasında klubunda ümumilikdə 282 oyun keçirib, 80 qol vurub və 64 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest