05 Mart 2026, 13:23
FUTBOL
Futbol üzrə Boolqarıstan çempionatında 24-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Çerno More"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Cəlal da bu matçda iştirak edib. 22 yaşlı mərkəz müdafiəçisi görüşə start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
24 turdan sonra 32 xal toplayan "Arda" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

_1772722755.jpg)










