05 Mart 2026, 14:43
FUTBOL
"Yuventus"un hücumçusu Duşan Vlahoviç zədəsini sağaldıb.
Matc.az xəbər verir ki, serbiyalı forvard artıq məşqlərə başlayıb. Vlahoviç kollektivlə birlikdə hazırlıq prosesində iştirak edir.
26 yaşlı forvardın A Seriyasının 29-cu turunun "Udineze" ilə matçında iştirak edəcəyi gözlənilir. Qarşılaşma 14 mart tarixində keçiriləcək.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 17 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib. Futbolçu ötən ilin 29 dekabr tarixində ayaq əzələsindən aldığı zədədən sonra meydana çıxa bilməyib.




_1772722755.jpg)







