"Liverpul" bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 120 milyon funt-sterlinq itirə bilər.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, Avropanın əsas turnirinə vəsiqə qazana bilməmək mersisaydlıların gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər, lakin klubun maliyyə vəziyyəti ötən yay "transfer pəncərəsi"ndə edilən xeyli xərclərə baxmayaraq sabit qalır.

Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci yerdədir. Komanda Çempionlar Liqasında Liqa mərhələsini üçüncü yerdə başa vurub və 1/8 finalda "Qalatasaray"la qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest