Londonun "Arsenal" klubu ulduz oyunçusu Bukayo Saka ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

24 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilə qədərdir. Saka həftədə 300.000 funt-sterlinqdən çox qazanc əldə edərək "topçular"ın ən çox qazanan oyunçusu olacaq. Hazırda ingilis futbolçu ildə təxminən 10 milyon funt-sterlinq qazanır.

Qeyd edək ki, Bukayo Saka 2008-ci ildə "Arsenal"ın gənclər komandasına qoşulub və gənclər sıralarında irəliləyib. O, böyüklər komandasında debütünü 2018-ci ilin noyabr ayında, Avropa Liqasında "Vorskla"ya qarşı matçda edib.

O vaxtdan bəri Saka "topçular"la birlikdə İngiltərə Kubokunu və iki Super kuboku qazanıb. Əsas heyətdə 290 oyunda 77 qol vurub və 77 məhsuldar ötürmə edib.

Bu mövsüm o, klub 34 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest