"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Edson Alvares topuğundan əməliyyat olunub. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

Meksika millisinin üzvü təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" Edson Alvaresi mövsümün əvvəlində "Vest Hem"dən icarəyə götürüb. 28 yaşlı dayaq yarımmüdafiəçisi komandanın heyətində keçirdiyi 17 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest