17 Fevral 2026, 18:18
FUTBOL
"Atalanta" hücumçu Canluka Skamakkanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Klub artıq İtaliya millisinin üzvü ilə danışıqlara başlayıb. Yaxın günlərdə 27 yaşlı forvardla yeni sözləşmə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Canluka Skamakka bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 3 qol ötürməsi edib.









_1771343397.jpg)
_1771341431.jpg)

