17 Fevral 2026, 16:36
FUTBOL
Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.
Matc.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.
Turnirin təqvimini nəzərinizə çatdırırıq:
27 mart
15:00. Oman - Syerra-Leone
“Dalğa Arena”
19:00. Azərbaycan - Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”
19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu






_1771343397.jpg)
_1771341431.jpg)




