"Liverpul" "Barselona"nın müdafiəçisi Jül Kundeni transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İngiltərə çempionu fransalı futbolçunu yayda heyətinə qatmağa çalışacaq. Mersisayd təmsilçisi 27 yaşlı sağ cinah müdafiəçisi üçün İspaniya klubuna 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 35 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib. Onun klubla müqavilə 2030-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest