11 Fevral 2026, 11:32
FUTBOL
"Kalyari" "Beşiktaş"dan icarəyə götürdüyü Semih Kılıçsoyla bağlı qərar verib.
Matc.az xəbər verir ki, İtaliya klubu türkiyəli hücumçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
A Seriyası təmsilçisi Türkiyə U-21 millisinin üzvü üçün İstanbul nəhənginə 12 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Kalyari" Semih Kılıçsoyu mövsümün əvvəlində icarəyə götürüb. 20 yaşlı hücumçu komandanın heyətində keçirdiyi 18 oyunda 4 qol vurub.







_1693390777.png)




_1770808047.jpg)