10 Fevral 2026, 09:18
FUTBOL
Türkiyə Super Liqasında XXI turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 49-a yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Qalatasaray"dan 3 xal geri qalırlar. 22 xalı olan "Gənclərbirliyi" isə 11-ci yerdədir.
"Fənərbaxça" - "Gənclərbirliyi" 3:1
Qollar: Talişka, 16 (pen), Kərəm Aktürkoğlu, 27, 34 - Seku Koyta, 55












_1770737324.png)