07 Fevral 2026, 13:37
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə artıq İngiltərə millisində toxunulmaz olmadığı bildirilib.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Oyunçuya milli komandanın start heyətindəki yerinə zəmanət verilmədiyi deyilib. Əgər onun performansı yaxşılaşmazsa, baş məşqçi Tomas Tuçelin dünya çempionatı üçün "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersin xidmətindən yararlanacağı olacağı gözlənilir.
Qeyd edək ki, "Bellinqem" İngiltərə millisində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu mövsüm yarımmüdafiəçi "Real"da 28 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.












