"Rayo Valyekano" klubunun oyunçuları və məşqçi heyəti İspaniya Futbolçular Assosiasiyası (AFE) vasitəsilə klubun infrastrukturu ilə bağlı şikayət ərizəsi təqdim ediblər.

Matc.az xəbər verir ki, komanda bəyanatında "Kampo de Valyekas" stadionu və məşq kompleksinin vəziyyətindəki problemləri qeyd edib.

Bildirilir ki, mövsümöncəsi hazırlıqlar zamanı komanda meydançaların pis vəziyyətinə və infrastrukturun yararsız halda olmasına görə təxminən 3 ay idman kompleksində məşq edə bilməyib.

Yaranmış problem dəfələrlə klub prezidentinin diqqətinə çatdırılıb. Lakin, indiyə qədər problemlərin həlli mümkün olmayıb.

Qeyd edək ki, "Rayo Valyekano" hazırda La Liqada 22 oyundan 22 xalla 18-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest