UEFA-nın “HatTrick” proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 24-26 fevral 2026-cı il tarixlərində ümumilikdə 3 günü əhatə edəcək D kateqoriyalı məşqçi kursları keçiriləcək.
Matc.az xəbər verir ki, kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən Bayıl stadionunda baş tutacaq.
Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən, 16 yaşına çatmış şəxslər 06.02.2026-cı il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər.
Kurslara iştirak haqqı qazanmış şəxslərə 16.02.2026-cı il tarixindən etibarən bu barədə geridönüş ediləcək.
Qeydiyyatdan keçmək üçün link: https://bit.ly/dkursu2026-1












